Hashtag
Əziz dostumuz Cavidin köməyə ehtiyacı var.
Cavid ciddi sağlamlıq problemləri ilə üz-üzə qalıb və artıq işləyə bilmir. Hər şey güclü baş ağrısı ilə başladı və qısa müddət ərzində bədəninin sol tərəfində iflicə səbəb oldu. İyulun 19-u, şənbə gecəsi onu təcili yardımla xəstəxanaya apardıq. Aparılan analiz və müayinələr nəticəsində həkimlər beyninin sağ tərəfində 4 sm ölçüdə bir kütlə (şiş) aşkar etdilər.
Hazırda Cavid Carrollton Regional Xəstəxanasının reanimasiya (ICU) şöbəsindədir və biopsiyanın nəticələrini gözləyir.
Cavidin sağlamlıq sığortası xərcləri bağlayandan sonra Cavid $7000 ödəməlidir və bu məbləği dərhal ödəməli olacaq xəstəxanadan çıxanda. Təəssüf ki, yeni il başladıqda bu məbləğ yenidən sıfırlanır və əlavə $7,000 ödəniş olunmalı olacaq. Bundan əlavə, sağalma müddətində sığortasını davam etdirmək üçün COBRA proqramı vasitəsilə ayda təxminən $650 ödəməlidir (6 ay boyunca).
Bizim məqsədimiz bu xərcləri qarşılamaq və bu çətin dönəmdə kiçik də olsa maddi dayaq olmaq üçün $20,000 vəsait toplamaqdır.
İstənilən yardım—kiçik və ya böyük—Cavid üçün çox önəmlidir və bu ağır zamanda onun üzərindən maddi yükü bir qədər də olsa azaltmağa kömək edəcək. Dəstəyiniz, mərhəmətiniz və səxavətiniz üçün ürəkdən təşəkkür edirik.
https://www.gofundme.com/f/help-cavid-cover-essential-expenses
Bu kullanıcıya mesaj göndermek yada paylaşıma yorum yapmak için hesap oluştumanız gerekmektedir.
Hesap oluştur